​Suriyanın ədliyyə naziri qaçırılıb

​Suriyanın ədliyyə naziri qaçırılıb "Ceyşul İslam" naziri Dəməşqin mərkəzində keçirdiyi gizli əməliyyatla qaçırmağa müvəffəq olub
Digər ölkələr
10 İyun , 2015 19:06
​Suriyanın ədliyyə naziri qaçırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Suriyanın ədliyyə naziri Nəcm əl-Əhməd qaçırılıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Suriyada Bəşşar Əsəd rejiminə silahlı müqavimət göstərən "Ceyşul İslam" qruplaşması açıqlama yayıb.

Məlumatda bildirilir ki, "Ceyşul İslam" qruplaşması naziri Suriyanın paytaxtı Dəməşq şəhərinin mərkəzində keçirdiyi gizli əməliyyatla qaçırmağa müvəffəq olub.

Qeyd edək ki, "Ceyşul İslam" müxalif silahlı qruplaşmasına Zahran Alluş rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi