Suriyadan olan döyüşçülər Liviyada marşal Xalifa Haftar tərəfdən döyüşməkdən imtina ediblər.
“Report” xəbər verir ki, bunu İsrail KİV-i yazıb.
Bildirilib ki, Suriyanın Kuneytr əyalətindən olan 350 suriyalı keçmiş döyüşçü Rusiyanın Vaqner muzdlu hərbi şirkəti ilə Liviyada neft yataqlarını qorumaq üçün 3 aylığına müqavilə imzalayıb. Lakin həmin muzdluları döyüşə göndərmək istəyiblər. Onlar buna etiraz edərək silahı təhvil veriblər. Ailə üzvlərinin Kuneytrdəki Vaqnerin təmsilçisinə sərt təzyiqlərindən sonra döyüşçülər Suriyaya qaytarılıblar.
Məlumata görə, beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri marşal Haftarın silahlılarını Liviyanın qərbində, Aralıq dənizi sahillərində yerləşən 3 şəhərdən çıxarıblar.
Qeyd edək ki, Vaqner muzdluları Haftar tərəfdən döyüşür.