İsrail ordusu yaşayış olmayan ərazisinə Suriyadan raket atıldığını aşkarlayıb, xəsarət alan olmayıb.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
"Sirenlərin xəbərdarlığından sonra Suriyadan İsrail ərazisinə doğru iki raket atılıb və açıq ərazilərə düşüb", - məlumatda deyilir.
Bundan əvvəl İsrailin Aşkelon şəhərində sirenlərin səsləndiyi bildirilib. Oktyabrın 12-də axşam İsrailin şimalında Livanla sərhədə yaxın ərazidə əhaliyə mümkün hava hücumu barədə xəbərdarlıq siqnalları səslənib.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.