Suriyanın şimal-şərqindəki Ras-el-Ayn şəhərində törədilmiş iki terror aktı nəticəsində 21 dinc sakin yaralanıb.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, birinci partlayış şəhər poçtunun binası yaxınlığında törədilib. Yaralıların əksəriyyəti qadınlar və uşaqlardır.
Tezliklə şəhərin girişində ikinci partlayış baş verib. Terrorçular minalanmış motosikli partladıblar. Asayiş keşikçiləri güman edirlər ki, terror aktlarını PKK-nın Suriya qanadı YPG törədib.
Qeyd edək ki, Ras-el-Ayn şəhəri Türkiyənin Şanlıurfa əyalətinin Ceylanpınar rayonu ilə həmsərhəddir.
Suriyanın SANA agentliyi isə hadisə nəticəsində azı 4 dinc sakinin həlak olduğunu, 5 nəfərin yaralandığını bildirib. Qeyd olunub ki, ölənlərin 3-ü qadın, 1-i isə yaşlı kişidir.