Yuxarı
    Bağlamaq

    Suriyadakı döyüşdə ölən ermənilərin sayı 33-ə çatıb

    Bu ölkədəki ermənilər əvvəllər Bəşşər Əsədə qarşı döyüşdüklərini bildirirdi

    Bakı. 23 yanvar. REPORT.AZ/ Suriyada Bəşşər Əsədə bağlı qoşunda döyüşən erməni silahlı Jan Koracyan Hələbin kəndlərindən birində ölüb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, yanvarın 23-də dəfn edilib.

    Məlumata görə, bununla da Suriyadakı qarşıdurmada ölən erməni silahlılarının sayı 33-ə çatıb.

    Qeyd edək ki, Suriyadakı ermənilər bir qayda olaraq Rusiya və İranın müdafiə etdiyi Bəşşər Əsəd silahlılarının tərkibində döyüşürlər.

    Xatırladaq ki, Rusiya Suriyadakı silahlı münaqişəyə fəal qoşulmazdan əvvəl ölkədəki ermənilər kürd silahlılarla birlikdə Əsədə qarşı savaşdıqlarını bəyan edirdilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi