Suriyadakı avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 adam ölüb

Suriyadakı avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 adam ölüb Suriyanın şimal-şərq hissəsindəki partlayışda ən azı 7 adam ölüb.
Digər ölkələr
3 İyun , 2019 00:36
Suriyadakı avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 adam ölüb

Suriyanın şimal-şərq hissəsindəki partlayışda ən azı 7 adam ölüb. 

"Report" xəbər verir ki, bu barədə RİA Novosti  AFP-dəki öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, partlayış Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən Azəz şəhərində baş verib və 20 nəfər yaralanıb.

Bu bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri Azəzdə baş vermiş partlayışa görə məsuliyyət daşımadığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi