Yuxarı

Suriyada yaşayış yerinin bombalanması nəticəsində 20 nəfər ölüb, 24 nəfər yaralanıb

Leys əl-Faris: Carcanaz qəsəbəsində mülki müdafiə qüvvələrinin əməkdaşları dağıntılar altından çoxlu sayda uşaq meyiti çıxarıblar

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Suriyanın İdlib şəhəri və ətrafını bombalaması nəticəsində 20 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bunu yerli mülki müdafiə təşkilatının məsul şəxsi Leys əl-Faris "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, qırıcıların Suriyanın şimal-qərbində yerləşən İdlibi və onun ətrafındakı rayonlara vakkum bombası atması nəticəsində dağıntılar və uçqunlar baş verib: "Bölgə sakinləri axtarış-xilasetmə işləri ilə məşğuldur. Carcanaz qəsəbəsində mülki müdafiə qüvvələrinin əməkdaşları dağıntılar altından çoxlu sayda uşaq meyiti çıxarıblar. Bombalanma nəticəsində beşmərtəbəli binaya böyük zərər dəyib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi