Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər

Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb.
Digər ölkələr
2 Dekabr , 2021 07:44
Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər

Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.

Noyabrda İdlib deeskalasiya zonası ərazisindən terrorçuların hökumət qüvvələrinə qarşı 258 hücumu qeydə alınıb.

"Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə çağırır”, - Kulit vurğulayıb.

Son xəbərlər

Orphus sistemi