Suriyada terror aktı nəticəsində 50 dinc sakin ölüb

Suriyada terror aktı nəticəsində 50 dinc sakin ölüb Ölənlər arasında çoxlu sayda qadın və uşaqlar var
Digər ölkələr
12 oktyabr 2017 23:42
Suriyada terror aktı nəticəsində 50 dinc sakin ölüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Suriyanın şimal-şərqində İŞİD terror təşkilatı tərəfindən törədilmiş terror aktı nəticəsində 50 dinc sakin ölüb, onlarla insan yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, insident Hasaka əyalətində yerləşən Əbu-Fas yaşayış məntəqəsi yaxınlığında baş verib.

Üç kamikadze minalanmış avtomobilləri dinc insanların üzərinə sürüb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqlar var.

Orphus sistemi