Suriyada telekanal əməkdaşı terrorçular tərəfindən öldürülüb

Suriyada telekanal əməkdaşı terrorçular tərəfindən öldürülüb Telekanalın digər əməkdaşı isə yaralanıb
Digər ölkələr
29 Dekabr , 2017 20:00
Suriyada telekanal əməkdaşı terrorçular tərəfindən öldürülüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Suriyanın "Sama" dövlət televiziyasının operatoru Kərəm Kubeyşu terrorçular tərəfindən öldürülüb, telekanalın müxbiri Abdel Qxani Carux isə yaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyanın "Sana" milli agentliyi məlumat yayıb.

Telekanalın əməkdaşları Suriya ordusunun ölkənin İdlib əyalətinin cənubunda həyata keçirdiyi əməliyyatı çəkilişə alarkən "Cəbhət ən-Nüsrə" terrorçu qruplaşmasının atəşinə məruz qalıblar.

Yaralı müxbir Həma şəhərinin dövlət xəstəxanasına çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi