Suriyada son 3 gündə 100 nəfər öldürülüb, 116 nəfər xəsarət alıb

Suriyada son 3 gündə 100 nəfər öldürülüb, 116 nəfər xəsarət alıb Yanvarın 16-dan bu günə kimi Suriyada hərbi əməliyyatlar nəticəsində demək olar 50 hərbçi və 50-dən çox dinc sakin həlak olub.
Digər ölkələr
19 Yanvar , 2020 21:37
Suriyada son 3 gündə 100 nəfər öldürülüb, 116 nəfər xəsarət alıb

Yanvarın 16-dan bu günə kimi Suriyada hərbi əməliyyatlar nəticəsində demək olar 50 hərbçi və 50-dən çox dinc sakin həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada Duşmənçilik edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

“Yanvarın 16-dan hücumlar və döyüşçülərin atəşi nəticəsində Suriya Ərəb Ordusunun 47 hərbçisi həlak olub, 77 hərbi qulluqçu yaralanıb. Son 3 gündə habelə 51 dinc sakin öldürülüb, 116 nəfər isə xəsarət alıb", - o deyib.

Onun sözlərinə görə, Suriya döyüşçüləri NATO-nun döyüş sursatlarından və silahlarından aktiv istifadə etməyə başlayıblar. Y.Borenkov əlavə edib ki, daha əvvəl qanunsuz silahlı birləşmələr əsasən kustar üsulla hazırlanmış silah-sursatlardan istifadə edirdi.

Borenkov həmçinin bildirib ki, hökumət qoşunları yanvarın 16-dan İdlibin deeskalasiya zonasında silahlıların 16 hücumuna məruz qalıb.

Son xəbərlər

Orphus sistemi