Bakı. 25 mart. REPORT.AZ/ Rusiya xüsusi təyinatlı qüvvələrinin zabiti Suriyanın Palmira rayonu ərazisində terrorçulara aviazərbələrin endirilməsi üzrə tapşırığı yerinə yetirərkən həlak olub.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Xmeymim" bazasının nümayəndəsi məlumat verib.
"Tadmor yaşayış məntəqəsi ərazisində (Palmira, Homs əyaləti — red) Rusiya təyyarələrinin İŞİD terrorçularının hədəflərinə zərbə endirməsi üzrə xüsusi tapşırığı yerinə yetirən zaman Rusiya xüsusi təyinatlı qüvvələrinin zabiti ölüb", — deyə mənbə bildirib.
Onun sözlərinə görə, zabit son bir həftə ərzində Palmira ərazisində İŞİD-çilərin obyektlərini aşkar edərək Rusiya Hərbi Hava Qüvvələrinə dəqiq kordinatlar verməklə məşğul olub. Sonda zabit terrorçular tərəfindən aşkar edilərək mühasirəyə alınıb və öldürülüb.