Suriyada Rusiya ordusunun polkovnik-leytenantı snayper gülləsindən ölüb

Suriyada Rusiya ordusunun polkovnik-leytenantı snayper gülləsindən ölüb Buçelnikov Suriyada hökumət qoşunlarının topçularına təlim keçməklə məşğul olub
Digər ölkələr
3 May , 2017 00:02
Suriyada Rusiya ordusunun polkovnik-leytenantı snayper gülləsindən ölüb

Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın hərbi müşaviri Aleksey Buçelnikov Suriyada hökumət qüvvələrinin snayperdən atəşə tutulması nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Qeyd olunur ki, Buçelnikov Suriyada hökumət qoşunlarının topçularına təlim keçməklə məşğul olub.

"Döyüş hazırlığı üzrə təlim keçirilən zaman Suriya hərbçiləri yaraqlılar tərəfindən snayper atəşinə tutulub. Polkovnik-leytenant Buçelnikov ölümcül güllə yarası alıb", - deyə nazirliyin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi