Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb

Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarında neft sisternlərini və yaşayış məntəqələrinə düşüb
Digər ölkələr
15 Mart , 2021 03:38
Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb

Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarındakı neft sisternlərinə və yaşayış məntəqələrinə düşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdə yayılmış xəbərində deyilir.

Qeyd edilən ərazilər Türkiyənin Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatı zonasında yerləşir.

Nazirliyin məlumatına görə, hücum nəticəsində dinc əhali arasında bir neçə nəfər xəsarət alıb. Bəşşar Əsədə məxsus qüvvələr tərəfindən nəzarət edilən ərazilərə zərbə endirilib.

İnformasiyaya əsasən, hücumdan az sonra Rusiya Federasiyasına dinc sakinlərə hücumların dayandırılması zəruriliyi haqqında xəbərdarlıq edilib, müəyyən edilmiş hədəflər üzrə cavab atəşi açılıb.

Son xəbərlər

Orphus sistemi