Suriyada qaçqın düşərgəsində yanğın zamanı azı 4 nəfər ölüb, onlarla xəsarət alan var

Suriyada qaçqın düşərgəsində yanğın zamanı azı 4 nəfər ölüb, onlarla xəsarət alan var Suriyanın şimal-şərqindəki Haseke əyalətindəki Əl-Xol qaçqın düşərgəsində güclü yanğın baş verib. “Report” xəbər verir ki, bu barədə şahidlərə istinadən SANA agentliyi bildirib
Digər ölkələr
28 Fevral , 2021 03:48
Suriyada qaçqın düşərgəsində yanğın zamanı azı 4 nəfər ölüb, onlarla xəsarət alan var

Suriyanın şimal-şərqindəki Haseke əyalətindəki Əl-Xol qaçqın düşərgəsində güclü yanğın baş verib.

“Report”un məlumatına görə, bu barədə şahidlərə istinadən SANA agentliyi bildirib.

Məlumatda bildirilir ki, hadisə zamanı azı dörd insan, o cümlədən bir uşaq həlak olub, həmçinin daha 18 nəfər yanıq xəsarətləri ilə əyalət hospitalına çatdırılıb.

İlkin məlumata görə, yanğına evlərin qızdırılması üçün istifadə edilən keyfiyyətsiz yanacaq səbəb olub.

Əl-Xolda İŞİD terror qruplaşmasından olan əsir döyüşçülərin ailələri yaşayır. Hazırda düşərgədə 64 373 nəfər var, onların 24 223-ü suriyalı, 30 606-sı iraqlı, daha 9 544 nəfər isə başqa dövlətlərin vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi