Suriyada partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb - YENİLƏNİB-2

Suriyada partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb - YENİLƏNİB-2 23 yaralı Türkiyənin Kilis bölgəsinə göndərilib
Digər ölkələr
7 Yanvar , 2017 18:15
Suriyada partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 7 yanvar. REPORT.AZ/ Suriyanın şimalında, Hələb əyalətinin Aazaz şəhərində törədilən partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış zamanı 60 nəfər ölüb.

Qeyd edək ki, şəhərdə minalanmış avtomobil partladılıb.

***17:11

Suriyanın şimalında Hələb əyalətinin Aazaz şəhərində törədilən partlayış nəticəsində azı 60 nəfər ölüb, 50-dən çox dinc sakin isə yaralanıb.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, 23 yaralı Türkiyənin Kilis bölgəsinə göndərilib.



*** saat 15:34

Bakı. 7 yanvar. REPORT.AZ/ Suriyanın şimalında yerləşən Aazaz şəhərində törədilən partlayış nəticəsində 25 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərdə minalanmış avtomobil partladılıb.

Qeyd edək ki, Aazaz şəhəri Suriya-Türkiyə sərhədində yerləşir. 

Son xəbərlər

Orphus sistemi