Yuxarı
    Bağlamaq

    Suriyada partlayış nəticəsində 6 nəfər ölüb

    Daha 15 nəfər yaralanıb

    Bakı. 14 May. REPORT.AZ/ Suriyada minalanmış avtomobilin partlaması nəticəsində 6 nəfər həyatını itirib.

    “Report” xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA “Novosti” məlumat yayıb.

    Terror aktı nəticəsində daha 15 nəfər yaralanıb.

    “Hazırda 6 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı barədə məlumat var”, — deyə o bildirib.

    Bunadan əvvəl Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhərində terror aktının törədildiyi məlumat verilmişdi. Minalanmış avtomobil Türkiyə ilə sərhəddə partladılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi