Bakı. 21 mart. REPORT.AZ/ Martın 20-də Suriyanın şimal-şərqində kürdlər yaşayan Əl-Hasak şəhərinin Əl-Müfti rayonunda Günəş təqvimi ilə yeni ilin gəlişi - Novruzun bayram edilməsi zamanı iki kamikadze özünü partladıb.
“Report” xəbər verir ki, terror aktları nəticəsində bayramı qeyd etməyə gələn 20 dinc sakin həlak olub, yaralananlar var.
Suriyanın insanların hüquqlarına riayət olunmasının monitorinqi mərkəzinin məlumatına görə, kamikadzelər “İraq-Şam İslam Dövləti” terror qruplaşmasının üzvü olublar.