Yuxarı
    Bağlamaq

    ​Suriyada keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib

    Vahid siyahıda adı yer alan 200 namizədin hamısı parlamentə daxil olub

    Bakı. 17 aprel. REPORT.AZ/ Suriyanın Seçki Komissiyası aprelin 13-də hökumətin nəzarəti altında olan ərazilərdə keçirilən parlament seçkilərində Baas partiyasının (Ərəb Sosialist Dirçəliş Partiyası) qalib gəldiyini elan edib.

    "Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, Seçki Komissiyasının məlumatına görə, Baas partiyası və onun müttəfiqləri tərəfindən tərtib olunan vahid siyahıda adı yer alan 200 namizədin hamısı parlamentə daxil olub. Deputatların ümumi sayı 250 nəfər təşkil edir. Belə olan halda, Bəşər Əsəd yenidən özünə parlamentin tam dəstəyini təmin edə bilib.

    Müxalifət bu seçkiləri baykot etməyə çağırıb. Eyni zamanda BMT də seçkilərin nəticələrini tanımır və yaxın 18 ay ərzində Suriyada parlament və prezidentin yenidən seçiləcəyinə ümid bəsləyir.

    Baas partiyası 1963-cü ildən hakimiyyətdədir, onun baş katibi isə Suriya prezidenti Bəşər Əsəddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi