Bakı. 23 fevral. REPORT.AZ/ Suriyanın Dera mühafəzəsinə məxsus inzibati binanın yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 9 dinc sakin yaralanıb.
“Report” xəbər verir ki, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin nümayəndəsi general-mayor Yuri Yevtuşenko bildirib.
"Dünən qeyri-qanuni silahlı birləşmələrin mövqelərindən Dera əyalətinin administrasiya binası yerli Milli Barışıq Komitəsinin planlaşdırma iclası keçirilən zaman minaatanlardan atəşə tutulub", - deyə o bildirib.
Yevtuşenkonun sözlərinə görə, 30 mina atılıb, administrasiya bınasına ziyan dəyib.