Suriyada iki iranlı general həlak olub
Digər ölkələr
- 14 oktyabr, 2015
- 09:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriyadakı döyüşlərdə iki iranlı general həlak olub. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İslam İnqilabı Mühafizə Korpusundan olan (İİMK) general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbənd oktyabrın 12-də döyüş zamanı həlak olublar. Onların dəqiq harada həlak olmaları haqqında məlumat verilmir və yalnız o qeyd olunur ki, onlar Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı döyüşlərdə iştirak edirdilər.
Xatırladaq ki, oktyabrın 8-də Suriyada İŞİD yaraqlılarına qarşı Bəşşar Əsəd qüvvələrinə hərbi əməliyyatların təşkilində kömək edən iranlı general Hüseyn Həmədani Hələb yaxınlığında həlak olub.
Son xəbərlər
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə
17:06
Foto
Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub
Media
17:03
UKMTO Ədən körfəzində ticarət gəmilərinə yaxınlaşan şübhəli gəmilər barədə xəbərdarlıq edib
Digər ölkələr
17:02
Video
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb - Yenilənib-3
Digər ölkələr
16:58
Baş prokurorun köməkçisi: Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək
Xarici siyasət