Yuxarı

​Suriyada İŞİD terror təşkilatının 31 yaraqlısı öldürülüb

Terror təşkilatının anbarları və reaktiv qurğuları da məhv edilib

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin "Fırtına" özüyeriyən artilleriya qurğularının tətbiqi ilə keçirdiyi əməliyyatlar zamanı, həmçinin beynəlxalq koalisiya qüvvələrinin hava zərbələri nəticəsində İŞİD terror təşkilatının Suriyanın şimalında 31 yaraqlısı öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bundan başqa, terror təşkilatının anbarları və reaktiv qurğuları da məhv edilib.

Eyni zamanda, beynəlxalq koalisiyaya məxsus aviasiya Cakkada və Dudyanın 4 rayonunda terrorçuların mövqelərinə 5 zərbə endirib.

Həmçinin raket qurğuları ilə terrorçuların 6 müdafiə mövqeyi, 5 nəqliyyat vasitəsi, 3 minaatanı məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi