Yuxarı
    Bağlamaq

    Suriyada İŞİD komandirlərindən biri məhv edilib

    Əbu Zubayre ət-Tunisi Deyr ez-Zor vilayətində məhv edilib

    Bakı. 16 fevral. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksəkrütbəli komandirlərindən biri məhv edilib.

    "Report"un məlumatına görə, bu barədə "Al Manar" xəbər verib.

    Məlumata görə, öldürülən şəxs Əbu Zubayre ət-Tunisidir. O, Suriyanın Deyr ez-Zor vilayətində zərərsizləşdirilib.

    Hava zərbələri zamanı həmçinin onun müavini Əbu Muxjin də məhv edilib.

    Qeyd edək ki, bir qədər əvvəl Pentaqon da Suriyada İŞİD rəhbərlərindən birinin məhv edildiyini xəbər verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi