Yuxarı

Suriyada "Hizbullah" liderlərindən biri öldürülüb

Əli Əhməd Fayad Hələbdəki qarşıdurmalar zamanı qətlə yetirilib

Bakı. 27 Fevral. REPORT.AZ/ Livanın "Hizbullah" hərəkatının tanınmış sahə komandirlərindən olan Əli Əhməd Fayad Suriyanın şimalında, Hələbdəki qarşıdurmalar zamanı qətlə yetirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Fayad Hanasir rayonundakı toqquşmalar zamanı öldürülüb.

Xatırladaq ki, bu rayonda ötən həftə Bəşşar Əsəd rejiminin qüvvələri və İŞİD terror qruplaşması arasında şiddətli döyüşlər olub. "Hizbullah" könüllüləri isə Əsəd rejiminə fəal yardım göstərir.

Qeyd edək ki, Hanasir rayonu Hələb şəhərinə gedən şərq quru yolu üzərində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi