Suriyada hərbi bazanın atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var - VİDEO

Suriyada hərbi bazanın atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var - VİDEO Bakı. 9 aprel. REPORT.AZ/ Suriyanın Homs vilayətində T-4 hərbi bazasının atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb.
Digər ölkələr
9 aprel 2018 02:21
Suriyada hərbi bazanın atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var - VİDEO
Foto: "RİA Novosti"

Bakı. 9 aprel. REPORT.AZ/ Suriyanın Homs vilayətində T-4 hərbi bazasının atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb.  

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi həbri mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı habelə daha bir neçə nəfər də yaralanıb. Agentlik ölən və yaralananların dəqiq sayı barədə məlumat verməyib.

Hərbi mənbənin məlumatına görə, Suriyanın Hava Hücumundan Müdafiə sistemi 8 raketi vurub salmağa nail olub. Qeyd edək ki, agentlik daha əvvəl hərbi bazanın ABŞ tərəfindən atəşə tutulduğunu bildirib. Lakin Pentaqon bu xəbəri təkzib edib.

Son xəbərlər

Orphus sistemi