Yuxarı

​Suriyada hava zərbələri nəticəsində 70 terrorçu məhv edilib

Suriya qırıcıları İŞİD-in Hələbdəki komanda məntəqələrinə zərbələr endirib

Bakı. 18 fevral. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin təyyarələri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) Hələb əyalətindəki komanda məntəqələrinə zərbələr endirib, 70 terrorçu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Suriya aviasiyasının İŞİD-in Hələb əyalətinin Cib-Qabşa, Əl-Bab, Tel-Elm və Deyr-Kaak rayonlarındakı komanda məntəqələrinə havadan zərbələr endirməsi nəticəsində 70 terrorçu məhv edilib, 60-dan çoxu yaralanıb", - deyə mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi