Suriyada "Əhrar əş-Şam" qruplaşmasının 120-dən çox üzvü təslim olub

Suriyada "Əhrar əş-Şam" qruplaşmasının 120-dən çox üzvü təslim olub Hələb, Dəməşq, Həma, Homs və Əl-Kuneytrada silahlı müxalifət dəstələri ilə danışıqlar davam etdirilir
Digər ölkələr
22 Dekabr , 2017 23:58
Suriyada Əhrar əş-Şam qruplaşmasının 120-dən çox üzvü təslim olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Suriyanın Dar-əl-Kəbira yaşayış məntəqəsində "Əhrar əş-Şam" terror qruplaşmasının 120-dən çox üzvü silahı yerə qoyub.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Düşmən Tərəflərin Barışması üzrə Mərkəzin (DTBM) məlumatında qeyd olunub.

Bildirilir ki, bu nəticə "Homs" gərginlik zonalarının barışdırılması Milli Komitəsi ilə DTBM hərbçilərinin birgə işi zamanı əldə olunub.

Hazırda Hələb, Dəməşq, Həma, Homs və Əl-Kuneytra əyalətlərindəki silahlı müxalifət dəstələri ilə danışıqlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi