Bakı.3 fevral. REPORT.AZ/ Suriya hökumət qoşunlarının üsyançıların əlində olan şəhərlərə endirdiyi aviazərbələr çoxsaylı insan itkisinə səbəb olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, ən ağır itki ölkənin cənubunda yerləşən Casim şəhərində qeydə alınıb.
Müxalifət nümayəndələrinin məlumatına görə, Casimdə 14 nəfər həlak olub.
Britaniyada yerləşən Suriyada İnsan Hüquqları Müşahidə Şurası Dəməşq yaxınlığındakı Duma şəhərində altı nəfərin ölməsi barədə məlumat yayıb.
Ölənlər barədə Suriyanın digər şəhərlərindən də məlumatlar daxil olmaqdadır.