Yuxarı

Suriyada bir sıra partlayışlar baş verib, 20-dən artıq insan ölüb

Ən az 50 nəfər yaralanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Suriyanın iri şəhərlərində bir sıra partlayışlar baş verib, terror aktları nəticəsində 20-dən artıq insan ölüb, ən az 50 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, iki partlayış ölkənin qərbində yerləşən Tartus regionunda Arzun körpüsünün yaxınlığındakı yolda baş verib. AFP-nin məlumatına görə, əvvəlcə avtomobilə quraşdırılmış bomba partlayıb. Daha sonra insanların yaralılara kömək etmək üçün toplandığı zaman terrorçu kamikadze ikinci partlayışı törədib. 

Üçüncü partlayış Dəməşqin qərbində baş verib, həmçinin Homs şəhərində minalanmış avtomobil partlayıb. Bundan başqa, Associated Press xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən El-Hasaka şəhərində partlayış törədilib. 

Böyük Britaniyada yerləşən İnsan Hüquqlarına Riayət Olunması üzrə Suriya Monitorinq Mərkəzinin məlumatına görə, daha bir partlayış ölkənin şimal-şərqindəki əl-Kamışlı şəhərində baş verib. 

Dövlət KİV-ləri qeyd edir ki, hədəf hökumət və hərbi obyektlər olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi