Yuxarı

Suriyanın paytaxtında törədilən partlayışda 4 nəfər ölüb, 14-ü yaralanıb - YENİLƏNİB

Avtomobilinə partlayıcı qurğu quraşdıran terrorçu DİN-in zabitlər klubunun ərazisinə keçməyə çalışıb

Bakı. 9 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin şimal-şərqində törədilmiş partlayışda 4 nəfər ölüb, 14-ü yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilinə partlayıcı qurğu quraşdıran terrorçu DİN-in zabitlər klubunun ərazisinə keçməyə çalışıb. Klubu qoruyan mühafizəçilər avtomobili nəzarət-buraxılış məntəqəsində saxladıqda kamikadze-terrorçu partlayıcı qurğunu işə salıb.

***14:33

Suriya paytaxtı Dəməşqdə partlayış törədilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralananlar var.

Hadisə patyaxtın Masaken Barze rayonunda baş verib. Məlumata görə, ölənlərin və yaralananların sayı dəqiqləşdirilir.

İlkin informasiyaya əsasən, partlayış avtomobilə quraşdırılan qurğunun işə düşməsi nəticəsində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi