Suriyada terrorçuların avtobuslara hücumu zamanı ölənlərin sayı artıb

Suriyada terrorçuların avtobuslara hücumu zamanı ölənlərin sayı artıb Suriyanin Xama əyalətinin Salamiya şəhərində terrorçular avtobusa hücum ediblər, nəticədə altı insan həlak olub.
Digər ölkələr
4 Yanvar , 2021 05:10
Suriyada terrorçuların avtobuslara hücumu zamanı ölənlərin sayı artıb
0 : 00
0 : 00

Suriyanın Xama əyalətində Salamiya-Atraya şosesində hərəkət edən üç avtobusa terrorçuların hücumu zamanı azı doqquz nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Syria” telekanalına əyalətin qubernatoru Tarek Kreyşati bildirib.

"Suriya ordusunun hərbi qulluqçuları indi şose üzərində nəzarəti bərpa etdi və təhlükəsiz gedişi təmin etdi", - o deyib. Kreyşatinin sözlərinə görə, silahlı hücum nəticəsində öldürülənlərin sayı doqquz nəfər təşkil edir.

"Hadisə yerinə yeddi təcili yardım maşını göndərildi, yaralıları Xama və Salamiya xəstəxanalarına çatdırdılar", - qubernator qeyd edib.

01:05

Suriyanin Xama əyalətinin Salamiya şəhərində terrorçular avtobuslara hücum ediblər, nəticədə altı insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli "Al-Vatan" qəzeti bildirib.

"Altı vətəndaş "Salamiya - Rakka yolunda terrorçuların avtobusa hücumu nəticəsində həlak oldu", - hərbi mənbəyə istinadən nəşr yazıb.

Məlumata görə, terror hücumu Vadi Uzeyb qəsəbəsinin yaxınlığında olub. "Orada olan Suriya hərbçiləri terrorçularla döyüşüblər, bu da yolun bağlanmasına gətirib çıxardı", - mənbə deyib.

Son xəbərlər

Orphus sistemi