Yuxarı

​Suriyada aviazərbələr nəticəsində 40 İŞİD silahlısı zərərsizləşdirilib

Terrorçuların 16 avtomobili sıradan çıxarılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Suriyanın Hama vilayətinə endirilən hava zərbələri nəticəsində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) ən azı 40 üzvü zərərsizləşdirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurasının məlumatında bildirilir.

Qeyd olunur ki, şənbə günü həyata keçirilən aviahücum nəticəsində, həmçinin terrorçuların 16 avtomobili məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi