Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani təyinatından sonra ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.
Əş-Şibani səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl-Səudun rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcəyini vurğulayıb.
O əlavə edib ki, Suriyanın yeni hakimiyyət orqanları Ər-Riyadla bütün sahələrdə strateji əlaqələr qurmağı səbirsizliklə gözləyir.
Səfərin tarixi dəqiq məlum deyil.
Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verərək ölkəni tərk edib. Dekabrın 10-da Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək keçid dövründə Suriya hökumətinə rəhbərlik edəcək.