Suriya XİN rəhbəri: "Biz Rusiyaya və Putinin atdığı addımlara etibar edirik"

Suriya XİN rəhbəri: "Biz Rusiyaya və Putinin atdığı addımlara etibar edirik" Valid Muallem: "O ki, qaldı ABŞ-a və onların rəhbərlik etdiyi koalisiyaya, onlara inamımız yoxdu"
Digər ölkələr
30 Sentyabr , 2015 20:58
Suriya XİN rəhbəri: Biz Rusiyaya və Putinin atdığı addımlara etibar edirik

Bakı. 30 sentyabr. REPORT.AZ/ Suriya baş nazirinin müavini, xarici işlər naziri Valid Muallem Suriya hökumətinin Rusiyanın İŞİD-lə mübarizədə atdığı addımları dəstəklədiyini bildirib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, o, Suriyanın Rusiyaya və prezident Vladimir Putinin atdığı addımlara etibar etdiyini deyib: "O ki, qaldı ABŞ-a və onların rəhbərlik etdiyi koalisiyaya, onlara inamımız yoxdur".

Hazırda Nyu-Yorkda olan V.Muallem bundan öncə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Rusiya, İran və İraqla İŞİD-ə qarşı mübarizədə tərəfdaşlıq olduqca faydalıdır və bütün bunlar terrorizmə son qoymağa yardım edəcək.

Son xəbərlər

Orphus sistemi