Yuxarı

​Suriya XİN: Koalisiyanın aviazərbələri nəticəsində 45 dinc sakin ölüb

Bombardımanı Fransa HHQ-nin təyyarələri həyata keçirib

Bakı. 30 iyul. REPORT.AZ/ Suriyanın Xarici İşlər Nazirliyi ötən gün "Suriyada qondarma beynəlxalq koalisiya qüvvələrinin endirdiyi aviazərbələri dərhal dayandırmaq" tələbi ilə BMT-nin baş katibi Pan Gi Mun və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

"Report" xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.

Sənəddə göstərilir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Hərbi Hava Qüvvələrinin cümə axşamı həyata keçirdiyi son reydi zamanı ölkənin şimalında yerləşən Əl-Ğəndur kəndinin 45 dinc sakini həyatını itirib.

Suriya XİN-i iyulun 20-də BMT baş katibi və Təhlükəsizlik Şurasından 19 iyul tarixində Mənbic şəhəri ətrafında yerləşən Ət-Tuxar kəndinə endirilən hava zərbəsini pisləməyi tələb edib. Suriya hakimiyyətinin məlumatına görə, bombardıman nəticəsində orada 120-dən çox insan ölüb. Onların arasında uşaqlar, qadınlar və yaşlı insanlar olub. Xarici siyasət idarəsi hava zərbələrinin Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirildiyini iddia edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi