​Suriya və İraqda 2 il ərzində 45 min İŞİD terrorçusu öldürülüb

​Suriya və İraqda 2 il ərzində 45 min İŞİD terrorçusu öldürülüb Bu barədə Qərb mətbuatı yazıb
Digər ölkələr
10 Avqust , 2016 23:22
​Suriya və İraqda 2 il ərzində 45 min İŞİD terrorçusu öldürülüb

Bakı. 10 avqust. REPORT.AZ/ Beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı apardığı əməliyyatlar zamanı təqribən 45 min yaraqlı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə koalisiya komandanlığına istinadən Qərb mətbuatı yazıb.

"Bizim qiymətləndirmələrimizə görə, biz son 11 ay ərzində təqribən 23 min düşmən döyüşçüsü öldürmüşük", - deyə koalisiya əməliyyatlarının komandanı general-leytenant Şon Makfarland bildirib.

"Əgər bura bunadək öldürülən 20 mini də əlavə etsək, o zaman düşmənin 45 min yaralı itirdiyi məlum olur", - deyə KİV generalın sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi