Yuxarı

Türkiyə qırıcıları Rusiyanın döyüş təyyarəsini vurub​ - YENİLƏNİB - VİDEO

Əhməd Davudoğlu: Sərhədimiz pozularsa təhlükəsizliyimizin təmin olunması üçün hüquqlarımızdan istifadə edəcəyik

Bakı. 24 noyabr. REPORT.AZ/ Suriyanın Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Rusiyaya məxsus döyüş təyyarələri Türkiyənin hava sərhədini pozub və Türkiyə Silahlı Qüvvələri ölkənin hava sərhədini pozan təyyarəni vurub. 

Rusiya təyyarəsi vurulduqdan sonra baş nazir Əhməd Davudoğlu xarici işlər nazir Ferudin Sınırlı oğlu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarla danışaraq, vəziyyəti müzakirə edib.

Rusiyanın paraşütlə vurulan təyyarədən xilas edilən pilotların axtarışına başladığı iddia edilir.

Qeyd edək ki, Rusiya döyüş təyyarələri Suriyada türkmənlərin yaşadığı bölgələri bombaladıqdan sonra Türkiyə Moskvaya etiraz notası vermişdi. Ölkənin baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin sərhədi pozularsa təhlükəsizliyin təmin olunması üçün bütün hüquqlarından istifadə edəcəklər. 

*** 11:56

Suriyanın Türkmən dağı yaxınlığına hansı ölkəyə məxsus olduğu bilinməyən döyüş təyyarəsi düşüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, həmin ərazidə türkmənlər yaşayır. Şahidlər bildiriblər ki, qəzaya uğrayan təyyarə Yamadi kəndində suriyalı qaçqınların yaşadığı çadır düşərgəsinə düşüb. Pilotlar paraşütlə təyyarədən tullanıblar və xilas olublar.  

Təyyarə düşən yer Suriya -Türkiyə sərhədinə yaxın ərazidir.

Bir neçə gündür Bəşşar Əsəd rejiminin müttəfiqləri, o cümlədən Rusiya həmin ərazini bombalayır. Rusiya və İranın əməliyyatı nəticəsində türkmənlər evlərindən qaçqın düşüb. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi