Yuxarı
    Bağlamaq

    ​Suriya qoşunu terrorçu dəstələrinin Əs-Safira şəhərinə hücumunu dəf edib

    Düşmən texnika və canlı qüvvə itkisi verərək geri oturdulub

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Suriya ordusunun döyüşçüləri çərşənbə günü "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) dəstələrinin ölkənin şimal paytaxtı sayılan Hələbin 35 km. cənub-qərbində yerləşən Əs-Safira şəhərinə hücumunu dəf ediblər.

    "Report" xəbər verir ki, əməliyyatlarda iştirak edən zabitin məlumatına görə, düşmən texnika və canlı qüvvə itkisi verərək geri oturdulub".

    Onun sözlərinə görə, terrorçular hücum zamanı hava şəraitinin əlverişsiz olmasından istifadə ediblər. Bu səbəbdən Suriya Silahlı Qüvvələri komandanlığı şəhərin girişində onların avtomobil karvanına havadan zərbə endirə bilməyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi