Yuxarı
    Bağlamaq

    Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

    Qoşun hazırda İŞİD-in son dayaq məntəqəsi olan Maskenaya hücum etməkdədir© Courtesy İmage

    Bakı. 28 may. REPORT.AZ/ Suriya ordusu könüllülərin dəstəyi ilə Hələbdən 100 km şərqdə İŞİD terrorçularına qarşı əməliyyatların miqyasını genişləndirir.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Suriya Silahlı Qüvvələri Komandanlığının nümayəndəsinə istinadən SANA agentliyi məlumat yayıb.

    Onun sözlərinə görə, hökumət qüvvələri sutka ərzində Fərat çayı üzərində yerləşən Əsəd su anbarı yaxınlığında 12 kənd və fermanı azad edib. Qoşun hazırda İŞİD-in bu ərazidə son dayaq nöqtəsi olan Maskena şəhərinə hücum etməkdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi