Yuxarı

​Suriya prezidenti ölkə parlamentinə seçkilərin vaxtını təyin edib

Əsəd seçkilərin aprelin 13-nə təyin edilməsi ilə bağlı fərman imzalayıb

Bakı. 23 fevral. REPORT.AZ/ Suriya prezidenti Bəşşar Əsəd ölkə parlamentinə seçkilərin vaxtını təyin edib.

"Report" SANA-ya istinadən xəbər verir ki, prezident seçkilərin aprelin 13-nə təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Suriyada parlament seçkiləri hər dörd ildən bir keçirilir. Bundan əvvəlki seçkilər 2012-ci ildə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi