​Suriya Palmira şəhərinə havadan zərbə endirib

​Suriya Palmira şəhərinə havadan zərbə endirib 50-yə yaxın İŞİD terrorçusu öldürülüb
Digər ölkələr
26 May , 2015 01:44
​Suriya Palmira şəhərinə havadan zərbə endirib

Bakı. 26 may. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələri (HHQ) "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Palmira şəhərində yerləşən mövqelərinə havadan zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Franc-Press"ə istinadən RİA "Novosti" məlumat yayıb.

"Hava qüvvələri İŞİD-in 160-dan çox mövqeyinə zərbə endirib, terrorçular öldürülüb və yaralanıb, silah və pulemyotla təchiz edilmiş nəqliyyat vasitələri məhv edilib", - deyə Suriya ordusundakı mənbə məlumat verib.

Suriya HHQ Əs-Suknı ətrafında olan rayonlara, Palmira şəhərinə, qaz yataqlarının olduğu Arak və Əl-Hailə aviazərbələr endirir. Həmçinin Palmiraya gedən bütün yollar zərbə altındadır. Hazırda təqribən 50 terrorçu zərərsizləşdirilib.

Bundan əvvəl İŞİD terrorçularının Palmirada 217 nəfəri edam etdiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi