Suriya ordusu qədim Palmira şəhərinə daxil olub

Suriya ordusu qədim Palmira şəhərinə daxil olub Hökumət qüvvələri şəhərə qərbdən giriblər
Digər ölkələr
2 Mart , 2017 06:58
Suriya ordusu qədim Palmira şəhərinə daxil olub

Bakı. 2 mart. REPORT.AZ/ Suriya ordusu müttəfiqlərlə birgə İŞİD terror təşkilatını sıxışdıraraq Palmira şəhərinə daxil olub.

"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən "Reuters" məlumat yayıb.

Hökumət qoşunları şəhərə qərb rayonundan giriblər.

İŞİD terrorçuları şəhəri 2015-ci ilin mayında işğal ediblər. 2016-cı ilin martında yaraqlılar oradan çıxarılıb, lakin dekabr ayında İŞİD şəhər üzərində nəzarəti yenidən ələ keçirib.

Son xəbərlər

Orphus sistemi