Yuxarı
    Bağlamaq

    ​Suriya ordusu Palmirdə 40 terrorçu və 20 zirehli maşını məhv edib

    Sadad şəhərinin şərqində silahlıların mövqeləri ələ keçirilib

    Bakı. 10 noyabr. REPORT.AZ/ Suriya ordusu Palmir rayonunda 40 terrorçu və 20 zirehli maşını məhv edib.

    "Report" xəbər verir ki, bu barədə Latakiyada jurnalistlərə Suriya ordusunun briqada generalı Əli Mayhub bildirib.

    "Homs əyalətinin Palmir istiqamətində (Tadmor), Əl-Qiyal dağları ərazisində yerləşən Əs-Sufuh əş-Şarki adlı yerdə əksəriyyəti əcnəbi olan 40-dan çox terrorçu məhv edilib. Həmçinin ən azı 20 zirehli maşın və üzərinə pulemyot quraşdırılmış pikap tipli avtomobil sıradan çıxarılıb", - deyə o qeyd edib.

    "Qoşunlarımız İŞİD terror qruplaşması ilə şiddətli döyüşlər aparır. Sadad şəhərinin şərqində silahlıların mövqeləri ələ keçirilib. Terrorçuların Umm Sahrec, İnk əl-Haui və Ruhum yaşayış məntəqələri tərəfdən Maksao əl-Xisan və Cub əl-Cirah istiqamətində hücumunun qarşısı alınıb", - deyə Mayhub bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi