Yuxarı

​Suriya ordusu Palmiranı tamamilə azad edib

Şəhərin həm qədim, həm də müasir hissəsi nəzarətə götürülüb

Bakı. 27 mart. REPORT.AZ/ Suriya ordusu Palmira şəhərini tam olaraq İŞİD terror təşkilatından azad edib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən "Frans Press" məlumat yayıb.

"Ordu ağır gecə döyüşlərindən sonra Palmiranın həm qədim hissəsini, həm də yaşayış rayonlarını tam olaraq nəzarət altına alıb", — deyə mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi