Bakı. 4 iyun. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri şənbə günü İŞİD terror qruplaşmasının özünə "paytaxt" seçdiyi Rakka şəhərinin yerləşdiyi eyniadlı əyalətin sərhədlərini keçərək oraya daxil olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Suriya ordusu bu ərazilərdə Rusiya aviasiyasının dəstəyi ilə irəliləyib.
Hərbi mənbədən "Sputnik" agentliyinə verilən məlumata görə, hərbi əməliyyatlar zamanı suriyalı hərbçilər starteji baxımdan əhəmiyyətli olan Əbu əl-İlyac kəndinə nəzarəti ələ keçirib və Rakkanın şərq kənarında yerləşən əl-Tabka şəhərinə doğru irəliləyib.