Suriya ordusu İdlibdə terrorçulara zərbələr endirib

Digər ölkələr
  • 09 mart, 2019
  • 02:32
Suriya ordusu İdlibdə terrorçulara zərbələr endirib

Bakı. 9 mart. REPORT.AZ/ Suriya ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının İdlib əyalətinin cənubuna hücumundan sonra silahlıların mövqelərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Qeyd edilir ki, Suriya ordusunun bölmələri terrorçu qrupların sığınacaqlarına artilleriya və raket zərbələri endirib. Məlumata görə, zərbələr nəticəsində silahlılar arasında ölənlər və yaralananlar var.

44 filmi