Yuxarı
    Bağlamaq

    Suriya ordusu Hələbin cənub hissəsində hücuma keçib

    Terrorçular ciddi müqavimət göstərir

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Suriya ordusu və könüllü dəstələr strateji yüksəklikləri ələ keçirdikdən sonra Hələb şəhərinin cənubunda hücuma keçiblər.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suriya ordusu hava hücumundan müdafiə hərbi hissəsi və "Suriyatel" qülləsinin yerləşdiyi yüksəklikdə möhkəmlənib.

    Məlumata görə, terrorçular ciddi müqavimət göstərirlər. Ordu və könüllülərin mövqeləri minaatanlardan intensiv atəşə tutulur.

    Hücumun ilk saatlarında radikal qruplaşmalara məxsus üç tank vurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi