Suriya ordusu Hələb istiqamətində irəliləyişə nail olub

Suriya ordusu Hələb istiqamətində irəliləyişə nail olub döyüşlər zamanı 18 müxalif döyüşçü öldürülüb
Digər ölkələr
18 Fevral , 2015 03:45
Suriya ordusu Hələb istiqamətində irəliləyişə nail olub

Bakı. 18 fevral. REPORT.AZ/ Suriya ordusu müxalif silahlı dəstələri mühasirəyə almaq və onların təchizat yollarını kəsmək məqsədi ilə Hələb şəhərinin yaxınlığında bir neçə kəndi ələ keçirib.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, hökumət qüvvələri Hələbdən Türkiyə sərhədinə qədər üsyançların təchizat yolu kimi istifadə etdiyi şosseni bağlamağa nail olublar.

Bəşər Əsəd rejiminə bağlı əsgərlərə Livanın Hizbullah qruplaşmasının üzvləri də aktiv dəstək verir.

Suriyada münaqişəni izləyən İnsan Hüquqlarını Müşahidə qrupu döyüşlər zamanı 18 müxalif döyüşçü ilə yanaşə, Suriya hərbi qüvvələrinin bir neçə əsgəri və hökumət tərəfdarı olan bir neçə silahlı şəxsin öldürüldüyü haqda məlumat verib.

Suriyanın ikinci ən böyük şəhəri olan Hələb hökumət tərəfdarı qüvvələr, habelə Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi də daxil olmaqla müxtəlif islamçı qruplar və Qərbin dəstəklədiyi birləşmələr arasında toqquşmaların mərkəzindədir.

Son xəbərlər

Orphus sistemi