Suriya ordusu Deyr-əz-Zor əyalətinin 8 yaşayış məntəqəsini azad edib - VİDEO

Suriya ordusu Deyr-əz-Zor əyalətinin 8 yaşayış məntəqəsini azad edib - VİDEO Əməliyyatlar Rusiya aviasiyasının dəstəyi ilə həyata keçirilir
Digər ölkələr
4 Dekabr , 2017 02:59
Suriya ordusu Deyr-əz-Zor əyalətinin 8 yaşayış məntəqəsini azad edib - VİDEO

Bakı. 4 dekabr. REPORT.AZ/ Suriya ordusu Deyr-əz-Zor əyalətinin azı 8 kənd və yaşayış məntəqəsini İŞİD yaraqlılarından azad edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu yaşayış məntəqələri noyabrda azad olunmuş Deyr-əz-Zor, Məyadin və Əl-Bukemal şəhərlərinin də olduğu Fərat çayı boyunca yerləşir.

Rusiya Müdafiə Nazirliyinin məlumtına görə, Əl-Bukemalın azad olunmasından sonra Suriya qoşunları Həsən Süheylin komandanlığı altında və Rusiya aviasiysının dəstəyi ilə Fərat çayı boyunca uğurlu hücum əməliyyatları aparır.

Son xəbərlər

Orphus sistemi