Suriya ordusu Deyr-əz-Zor aviabazasının blokadasını yarıb - VİDEO

Suriya ordusu Deyr-əz-Zor aviabazasının blokadasını yarıb - VİDEO Döyüşlər aviabazanın perimetrində gedir
Digər ölkələr
9 Sentyabr , 2017 19:09
Suriya ordusu Deyr-əz-Zor aviabazasının blokadasını yarıb - VİDEO
Foto: RİA Novosti

Bakı. 9 sentyabr. REPORT.AZ/ Suriya ordusu ölkənin Hərbi Hava Qüvvələrinin Deyr-əz-Zor şəhərində yerləşən aviabazasının blokadasını yarmağa müvəffəq olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda döyüşlər aviabazanın perimetrində gedir.

General İsam Zahreddin və Həsən Suhelin komandanlıq etdiyi Suriya ordusu elit bölmələrinin qabaqcıl dəstələri Deyr-əz-Zor şəhərinin şərqində yerləşən aviabazaya daxil olublar.

Ordu aviasiya və artilleriyanın atəş dəstəyi ilə HHQ bazası ərazisində bir sıra yüksəklikləri ələ keçirib. Döyüşlər zamanı İŞİD-in bir neçə ədəd texnikası və müdafiə qurğusu məhv edilib.

Son xəbərlər

Orphus sistemi